Erməni namizəd Türkiyəyə xeyrindən çox ziyan gətirəcək
Türkiyədə müxalifətçi Cümhuriyət Xalq Partiyasının (CHP) İstanbul 2-ci bölgə 1-ci sırada erməni namizəd irəli sürməsi partiya daxilində narahatlığa səbəb olub. ANS PRESS-in məlumatına görə, bir çox CHP mənsubu qondarma “soyqırımını” dəstəkləyən həmin şəxsin namizədlikdən çəkilməsini tələb edirlər.
Yerli “Akşam” qəzetinin köşə yazarı Emin Pazarçı erməni əslli Selina Özuzun Doğanın namizədliyinin həm CHP-də, həm də Türkiyədə ciddi təsirləri olacağını yazır.
“Kılıçdaroğlunun belə bir addım atmasının səbəbi nədir?
Bəs bu namizədlik seçkidə səs yığmaq hesabatının nəticəsidirmi? CHP bu addımı ilə səslərini çoxaltmağamı çalşır? Qətiyyən ola bilməz.
CHP-dən Şahin Mengü oturub hesablayıb. Türkiyədə səs vermək potensialına sahib erməni əslli etniklərin sayı sadıcı 6 mindir. Buna qarşılıq olaraq 1.5 milyon Azərbaycan əslli vətəndaşımız var. Bu rəqəmin daha böyük olduğunu və 3 milyona çatdığını iddia edənlər də var. Yəni belə bir namizəd seçiminin xeyrindən çox ziyanı var. Siyasi baxımdan qətiyyən düzgün addım deyil.
Doğan namizədliyi barədə ilk şərhində belə deyib: Mənim namizədliyim, erməni “soyqırımının” 100-cü ildönümünə çatmasının rəmzi mənası var.
Diqqət edin, iddia demir, açıqca “soyqırımı” deyir. Onsuzda Selina Özuzun Doğanın bu mövzuda olan fikir və fəaliyyətləri hamıya məlumdur.
* * *
Halbuki CHP-nin bu istiqaətdəki fikirləri məlumdur. 2008-ci il qurultayında hazırlanan partiya proqramının 131-ci səhifəsində başlayır və 132-ci səhifəsində başa çatır: “CHP qondarma erməni “soyqırımı” iddialarını qəbul etməyən və bu iddialarla mübarizə aparan bir partiyadır”.
İstanbul millət vəkili Şükrü Elekdağ bir neçə gün əvvəl ABŞ prezidenti Barak Obamaya məktub yazaraq erməni “soyqırımı” iddialarının əsassız olduğunu bildirib. Kılıçdaroğlu isə bütün bunlara baxmayaraq “soyqırımı” deyən birini öz kvotasından namizəd göstərdi, həm də ilk sıradan.
Çox qəribədir!
Həmçinin məlum olub ki, Selina Özuzun Doğanın əri Erdal Doğan həm CHP, həm də Atatürkü soyqırımçılıqda ittiham edərək Türkiyəni beynəlxalq məhkəməyə şikayət edib.
Qondarma “soyqırımı” iddialarının qəbul olunması üçün hüquqi yol axtaran və bunun üçün məhkəmə qəarı axtarışında olan Doğan bu məqsədlə “Mədəni soyqırımı” törətdiyini iddia edərək Türkiyəni beynəlxalq Haqa məhkəməsinə şikayət edib”.
Qeyd edək ki, bu il iyunun 7-də Türkiyədə parlament seçkisi keçiriləcək. Bu seçkidə 3 partiyadan - AKP, CHP və HDP-dən erməni əslli vətəndaşların namizədliyi irəli sürülüb.


Şərhlər