Menu

Ərdoğan bu il də ermənilərə çağırış edəcək

11.04.2015, 10:06

cumhurbaskani-erdogan-din-adina-teror-kavramini-6520781_5452_400Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan evə dönərkən jurnalistlərlə söhbətində 1915-ci il hadisələri ilə bağlı ermənilərə növbəti çağırış məsələsinə də toxunub. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlər prezidentə ötən il onun ermənilərə başsağlığı verməsini xatırladaraq bu ilin strategiyası ilə maraqlanıblar.

Türkiyə prezidenti cavab verib ki, bu il çağırış aprelin 23-də, İstanbulda “Dünya sammiti”nin gedişində səslənəcək.

Ərdoğan bu zaman erməni terror təşkilatı ASALA-nın Çanaqqla mərasimlərinə qatılmaq istəyən prezidentləri hədələdiyini də söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol