Menu

Putinin yeni düşməni

11.04.2015, 16:45
Putinin yeni düşməni

Daha bir ölkə Ukraynaya qoşun göndərməyə qərar verdi

Kanada yaxın aylarda Ukraynaya hərbi kontingent göndərəcək. Anspress-in məlumatına görə, bu barədə CTV telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, söhbət məşq missiyasından gedir. Kanada hərbçiləri, böyük ehtimalla, artıq regionda olan ABŞ-lı müttəfiqləri ilə birlikdə işləyəcəklər.

Konkret detallar hökumət səviyyəsində işlənmə mərhələsindədir. Hakim Mühafizəkarlar Partiyasının rəhbərliyi qeyd edir ki, bu addım Kanadada “Putinə güclü düşmən əhvalı”nın olduğunu göstərir.

Kanada Rusiyanın Ukraynaya münasibətini sərt tənqid edib. O, Krımın Rusiyaya birləşdirilməsini “Ukrayna ərazisinin qanunsuz işğalı” kimi dəyərləndirir. Ottava həmçinin Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol