Hüquq müdafiəçisi Vidadi İsgəndərli Moderator.az saytına göndərdiyi məktubda yazıb ki, Milli Şura yaranışda Rusiyanın layihəsi olub. O, əsas oyunçuların Abbas Abbasov, Söyün Sadıqov və Vaqif Hüseynov olduğunu vurğulayıb.
Rüstəm İbrahimbəyovun Bakıdakı kadrının isə Eldar Namazov olduğunu deyib. Hüquq müdafiəçisi bildirib ki, Milli Şura ölkənin Rusiyanın əyalətinə çevrilməsi bahasına belə hakimiyyətin dəyişməsini istəyib: “İsa Qəmbərlə fikirlərimiz üst-üstə düşdü. Rusiyanın planı belə idi. Əgər İlham Əliyevlə anlaşmasalar, prezident seçkiləri ərəfəsində Rusiyadan 30 minə yaxın azərbaycanlı qovulacaqdı. Həmin şəxslər Bakıda etiraz aksiyaları başlayacaqdı və radikal bir müxalifət nümayəndəsi kimi narazı kütləni idarə etməli idim. Bu məqsədlə Rusiyadan emissar gəlmişdi. Qəti şəkildə bu planın əleyhinə çıxdım. Emissarlar məni Şimali Qafqaza, Rusiyada yaşayan bir azərbaycanlı oliqarxla görüşə dəvət etdilər.
Məni inandırmaq üçün bildirdilər ki, Azərbaycanda bəzi oliqarxlarla da söhbətlər aparılır. Hətta adını dedilər, imtina etdim. Dedim ki, İlham Əliyev 20-30 il də prezident ola bilər. Ancaq biz müstəqilliyimizi itirə bilmərik".(musavat.com)


Şərhlər