Menu

Futbol fanatları Parisi qarışdırdı: 15 polis yaralandı

12.04.2015, 15:04
Futbol fanatları Parisi qarışdırdı: 15 polis yaralandı

Parisdə Liqa Kuboku çərçivəsində “Pari Sen Jermen” komandası ilə qarşılaşan “Bastiya” futbol klubunun azarkeşləri və polis arasında baş vermiş toqquşma nəticəsində 15 asayiş keşikçisi xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Polis iğtişaşların qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, “PSJ” “Bastiya” üzərində 3:0 hesablı qələbə qazanaraq Fransa Liqa Kubokuna sahib olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol