Roma Papası lap «ağ elədi»!
AzPolitika.info Rusiya KİV-nə istinadən («Exo Moskvı» radiosu) xəbər verir ki, Roma papasının «erməni genosidi» barədə dediklərinə Ankara kəskin reaksiya verib. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) katolik din xadiminin fikirlərini yolverilməz adlandırıb və qeyd edib ki, belə yanaşma tarixi təhrif etmək deməkdir.
Ölkə rəhbərliyi hesab edir ki, din xadimləri insanlar arasında düşməniçilik və nifrət hisslərini qızışdıran belə əsassız bəyanatlar verməməlidirlər.
Xəbər verilir ki, Müqəddəs Pyotr sarayında keçirilən mərasim zamanı çoxlu sayda erməninin qarşısında Roma Papası «erməni genosidi»ni XX əsrdə insanlığa qarşı işlənmiş ilk cinayət adlandırıb. O həm də qeyd edib ki, buna oxşar iki fəlakət də nasizm və stalinizm cinayətləridir.
AzPolitika.info


Şərhlər