Menu

Con Kerri Konqresi İranla anlaşmağa mane olmamağa çağırdı

13.04.2015, 00:51
Con Kerri Konqresi İranla anlaşmağa mane olmamağa çağırdı

ABŞ-ın dövlət katibi Con Kerri Konqresi İranla nüvə proqramı ilə bağlı yekun anlaşmaya mane olmamağa çağırıb. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, CBS telekanalına müsahibəsində o, qanunverici orqanı yekun razılaşma imzalananadək “atəşdən çəkinməyə” səsləyib.

“İndiki anlaşma yekunlaşmayıb. Bu, ilkin razılıqdır” – deyib dövlət katibi.

Con Kerri müsahibəsində aprelin 13-də İran mövzusunu ABŞ Konqresinin Nümayəndələr Palatasının, aprelin 14-də isə Senatın üzvləri ilə müzakirə eləmək fikrində olduğunu bildirib. Bu zaman o, İrana dair danışıqlarda “bəzi problemlərin qaldığını” da etiraf edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol