Menu

Artur Rasizadə işə çıxdı- Harda olduğu açıqlanmadı

20.12.2013, 13:03
Artur Rasizadə işə çıxdı- Harda olduğu açıqlanmadı

Dekabrın 2-dən 17-dək qurumun adından bütün qərarları baş nazirin birinci müavini Yaqub Eyyubov və müavini Abid Şərifova imzalayıb

Nazirlər Kabinetinin mətbuat xidməti baş nazir Artur Rasizadənin işə çıxıb-çıxmaması haqda məsələyə aydınlıq gətirib. Mətbuat xidmətinin rəhbəri Akif Əli dekabrın 20-də “Media forum” saytına bildirib ki, baş nazir hazırda işdədir.

Lakin mətbuat xidməti baş nazirin neçə gün işdə olmadığına, bunun səbəbinə və işə nə vaxtdan qayıtdığına aydınlıq gətirməyib.

Artur Rasizadə dekabr ayında ictimaiyyət arasında görünməyib. “Media forum” bildirir ki, dekabrın 2-dən 17-dək qurumun adından bütün qərarları baş nazirin birinci müavini Yaqub Eyyubov və müavini Abid Şərifova imzalayıb.

Artur Rasizadə mərhum prezident Heydər Əliyevin dekabrın 12-də keçirilən anım tədbirlərinə də qatılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol