Menu

Rəsul Quliyev Cəmil Həsənliyə 1 faiz səs yığdı...

10.09.2013, 19:07
Rəsul Quliyev Cəmil Həsənliyə 1 faiz səs yığdı...

"İlham Əliyev 72-80, ikinci yerdə gələcək İqbal Ağazadə 5 faizə qədər səs toplayacaq"

Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev ölkədə olmasa da siyasi gündəmi daim izləyir. Onun ünvanına deyilən, müxalifət cəbhəsində müzakirə olunan məsələlərə gecikmədən münasibətini bildirir. Virtualaz.org-un məlumatına görə, R.Quliyev bu dəfə də onun Milli Şuradan çıxmasını istəyənlərə cavab verib. O, facebook profilində bunları yazıb: “Bəziləri mənim Milli Şuradan azad edilməyim tələbi ilə çıxış edir. O günü səbirsizliklə gözləyirəm. Ümumiyyətlə, kimlərsə bu məsələni qaldırırsa, Milli Şura da bu təklifə reaksiya verməlidir”.

Müxalifətin seçkilərdə qalib gələcəyinə inanmayan R.Quliyev seçki sonrakı yaranacaq vəziyyət haqda bunları yazıb: “Hər halda hökumətin başında olanların yazdığı həm çinovniklərin, həm də Milli Şuradan olan bəzilərinin oynadığı ssenarinin epiloqu belə olacaq.

Beynəlxalq təşkilatlar hökumətin İlqar Məmmədovu həbsdən azad edib seçkilərə buraxmasını, dövlət TV-sində prezidentliyə namizədlərə bərabər vaxt ayrılmasını, seçkiqabağı bir çoxlarının əfv edilməsini tərifləyəcək... Ancaq bununla yanaşı həm seçkiqabağı, həm də seçki günü ciddi qanun pozuntularına da yol verildiyini qeyd edəcək... “Seçkilər demokratiyaya doğru bir addımdır, ancaq beynəlxalq standartlara uyğun gəlmir” də yazacaq.

Rusiya, Türkiyə, İran və ümumiyyətlə 100-ə yaxın ölkə İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edəcək. Çox ehtimal ABŞ prezidenti təbrik etməyəcək,ancaq Dövlət Departamenti Azərbaycanın dost ölkə olduğunu qeyd edəcək.

İlham Əliyev 72-80, ikinci yerdə gələcək İqbal Ağazadə 5 faizə qədər səs toplayacaq. Əgər Cəmil müəllimi seçkiyə buraxsalar, ya axırıncı, ya da axırdan ikinci olacaq. Maksimum 1 faiz səs toplayacaq.

Biz buraxdığımız səhvlərlə artıq Qərb həyatı və təhsili ilə silahlanmış, Azərbaycanın gələcək həyatını müəyyənləşdirəcək gənclərimizin işini ağırlaşdırırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol