Menu

İran S-300 raketlərini bu il alacaq

14.04.2015, 15:26
İran S-300 raketlərini bu il alacaq

[caption id="attachment_110212" align="alignleft" width="300"] Putin İrana S-300 satışının qadağasını ləğv edən fərmanı imzaladıqdan dərhal sonra Con Kerri Moskva ilə telefon əlaqəsi saxlayıb[/caption]

Tehran S-300 raket komplekslərinin Rusiyadan bu il alınacağını gözləyir, İranın Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bəyan edib.

İran rəsmisi Rusiya ilə İran münasibətlərində bu mövzunun “cüzi məsələ” olduğunu deyib.

"İranla Rusiya arasında böyük strateji imkanlar mövcuddur. Bu maneənin qaldırılması əlaqələrin daha çox inkişafına xidmət edəcək”, - Əli Şəmxani bildirib.

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi deyib ki, İrana S-300 komplekslərinin satılması vaxt tələb edə bilər.

"Zənnimcə, işi başa vurmaq üçün minimum yarım il lazımdır”, - Nikolay Patruşev deyib.

Bazar ertəsi Rusiya 8 il bundan əvvəl S-300 raketlərinin İrana verilməsinə qoyulmuş qadağanı ləğv edib.

ABŞ-ın dövlət katibi John Kerry Rusiyanın XİN rəhbəri Sergey Lavrovla telefon danışığı zamanı bununla bağlı narahatlığını ifadə edib.

Rusiya prezidentinin qərarına şərh verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Tehran və "altılıq" arasında Lozanna danışıqlarında əldə olunmuş inkişaf fonunda "belə bir embarqoya, xüsusən də Rusiyanın ayrıca, könüllü embarqosuna zərurət tamamilə aradan qalxmış olur".

2007-ci ildə Moskva ilə Tehran arasında S-300 raket sistemlərinin İrana satılması barədə 800 milyon dollar dəyəri olan müqavilə imzalanmışdı. BMT tərəfindən Tehrana qarşı 2010-cu ildə yeridilmiş sanksiyalardan sonra həmin müqavilənin icrası Rusiya tərəfindən dayandırıldı.

Aprelin 2-də İranın nüvə proqramı ilə bağlı çərçivə sənədi imzalanıb. Sənəd beynəlxalq sanksiyaların tədricən aradan qaldırılması müqabilində İranın nüvə proqramının miqyasının məhdudlaşdırılmasını nəzərdə tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol