Menu

Putin Çanaqqala döyüşünün 100 illiyinə getməyəcək

14.04.2015, 15:31

putin erdoganDövlət Dumasının sədri Sergey Narışkin gələn həftə Türkiyəyə səfər edəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, S.Narışkin Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.

O, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşündə İstanbulda Dardanel əməliyyatının yüzilliyi ilə bağlı tədbirlərdə iştirak edəcəyini deyib.

Çanaqqala zəfərinin 100-cü ildönümünün qeyd edilməsi ilə əlaqədar bayram tədbirlərində təqribən 50 ölkənin dövlət başçısı iştirak edəcək.

Qeyd edək ki, öncə Putinin Türkiyəyə səfəri gözlənilirdi, lakin göründüyü kimi Rusiya dövlət başçısının planları dəyişib.

Hazırda Putinin aprelin 24-də qondarma “erməni soyqırımı”nın 100 illiyində iştirak etmək üçün Ermənistana gedəcəyi məlum deyil.

Əlavə edək ki, Çanaqqala döyüşünün 100 illiyi 23-24 aprel tarixinə təsadüf edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol