Menu

Prokuror İntiqam Əliyevə 10 il iş istədi

14.04.2015, 18:01
Prokuror İntiqam Əliyevə 10 il iş istədi

Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas İntiqam Əliyevin növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı İntiqam Əliyevə təqsirli bilindiyi maddələr üzrə 10 il həbs cəzasının verilməsini istəyib.

Növbəti proses aprelin 21-nə təyin olunub. Növbəti prosesdə müdafiə çıxışları olacaq.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.

Özü ittihamları qəbul etmir. Beynəlxalq qurumlar bu həbsi siyasi motivli sayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol