Papa Fransiskin Vatikanda keçirdiyi ayindəki bəyanatı bizim üçün əhəmiyyətsizdir. SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib.
O deyib ki, Türkiyə hər baxımdan güclü olmalıdır: "Türkiyənin həm daxilində, həm də xaricində hökumət əleyhinə oyunlar oynanılır, əleyhimizə kampaniyalar aparılır. Bu oyunlar pozulmalıdır.
Papa Fransiskin Vatikandakı çıxışı Türkiyədəki çıxışından fərqlidir.
Ağrılar arasında ayrı-seçkilik salmaq olmaz. Papa Bosniyada olanlara, bu barədə məhkəmə qərarının olmağına baxmayaraq, “soyqırımı” deyə bilmir. Niyə? - Çünki oradakılar müsəlman idi.
Amma eyni papa heç bir məhkəmə qərarı olmadan, Birləşmiş Millətlər Təşkilatının qərarı olmadan, hər hansı bir tarixçinin müvafiq bəyanatı olmadan ortaq kədərimiz olan 1915-ci hadisələrinə “soyqırımı” deyə bilir.
Bəs, 1915-ci hadisələrini gördükmü, yaşadıqmı, araşdırdıqmı, tarixçilər bunu tədqiq etdimi? Biz "komissiya yaradaq, gəlin, arxivləri açaq, elm adamları gəlsin, üçüncü ölkələrdən də gəlsinlər, Vatikanda da belə bir elm adamı varsa, onu da göndərsinlər" deyirik.
Biz bu araşdırmadan hasil olunacaq nəticəni qəbul edəcəyimizi əvvəldən söyləmişik.
Yaxşı, o hadisələr 1915-ci ildə olub. Həmin hadisələr barədə bu qədər az məlumatın olmağına baxmayaraq, papa belə bir açıqlama verir. Bəs, bu papa 20 il əvvəl hər kəsin gözü önündə törədilən Xocalı qırğınını, yəni ermənilərin azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrini niyə yada salmır? Madam ki, kədərləri, ağrıları yada salırsınız, onu niyə unudursunuz?!"


Şərhlər