Menu

Erməni “qanuni oğru” həbs edildi -VİDEO, FOTO

14.04.2015, 20:46
Erməni “qanuni oğru” həbs edildi -VİDEO, FOTO

Aqas Yerevanski 5 il müddətinə Rusiya ərazisindən deportasiya edilmişdi

Erməni “qanuni oğru” Aqas Yerevanski Moskva ətrafı Kolomnada saxlanılıb.ANS PRESS-in məlumatına görə, Aqas Yerevanski ləqəbli “qanuni oğru” yaşayış evlərindən birində həbs edilib.

Polisin məlumatına görə, 43 yaşlı Ermənistan vətəndaşı 2013-cü ildə Rusiyadan deportasiya edilib, amma 2014 il avqust-sentyabr aylarında o, sərhədi qanunsuz keçib və geri qayıdıb.

2014-cü il martın 7-də Aqas Yerevanski yenidən 5 il müddətinə Rusiya ərazisindən deportasiya edilib.

Ancaq 2014-cü ilin sentyabr ayında Aqas Yerevanski qanunsuz olaraq Rusiya ərazisinə daxil olub. Onun haqqında "Dövlət sərhədini qanunsuz keçmək" maddəsi ilə cinayət işi qaldırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol