Menu

ABŞ Türkiyə və Azərbaycanın Ermənistanla barışığına yönəlik vəsaitləri azaldır

15.04.2015, 00:49
ABŞ Türkiyə və Azərbaycanın Ermənistanla barışığına yönəlik vəsaitləri azaldır

ABŞ Türkiyə və Azərbaycanın Ermənistanla barışığına yönəlik vəsaitləri azaldır ABŞ-ın Ermənistandakı səfirliyinin ictimaiyyətlə əlaqələr Ofisinin həyata keçirdiyi proqramlar üzrə, o cümlədən Ermənistan və Türkiyə, Ermənistan və Azərbaycan arasında barışıq proseslərinə yönəlik proqramlar üzrə ayrılan vəsaitlərdə azalmalar olacaq. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın Ermənistandakı səfiri Riçard Millz bildirib. Diplomatın sözlərinə görə, bir sıra yeni qlobal təhdidlər, o sırada Ebola, səhiyyədə beynəlxalq böhranla bağlı məsələlər, Ukraynaya kömək və İŞİD-lə mübarizə zərurətinin təsiri altında “prezident Obama başda olmaqla ABŞ rəhbərliyi ayrılan vəsaitlərin məbləğinə yenidən baxıb”. “Bu addımlar çərçivəsində həmçinin, USAİD proqramı üzrə Ermənistana ayrılan vəsaitlər də azaldılıb” – səfir əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol