Menu

Rublun güclənməsi Rusiyaya zərbə vurur - Putin yeni problemlə üzləşib

15.04.2015, 01:10
Rublun güclənməsi Rusiyaya zərbə vurur - Putin yeni problemlə üzləşib

“Güclü rubl Rusiya xəzinəsinə təhlükə yaradır”

Vladimir Putin yeni problemlə üzləşib - rubl, lazım olduğundan daha çox güclənir. Bunu heç kim gözləmirdi. Keçən il dünyanın ən bərbad valyutası olan rubl, son üç ay ərzində daha yaxşı valyutalar sırasına keçib.

Rublun güclənməsi dövlət istiqrazları üçün əlverişli olsada, bu Rusiyanın ixracdan əldə etdiyi gəlirlərin azalmasına yol açır. Neftin qiyməti 2015-ci il ərzində demək olar ki, dəyişməyib, amma əgər biz neftin qiymətini rublla hesablasaq, əslində onun daha aşağı düşdüyünü görərik.

Maliyyə bazarları və makroiqtisadiyyat üzrə “Alfa Kapital”-ın dirüktoru Vladimir Braqin bu məsələ ilə əlaqədar"Bloomberg"ə bildirib: ”Rublun indiki məzənnəsi Rusiya büdcəsi üçün gəlirli olmaqdan çıxıb. Makroiqtisadi sabitlik yaratmaq üçün Rusiya öz büdcəsindəki kəsiri məhdudlaşdırmalıdır. Buna nail olmağın ən yaxşı yolu isə rublun zəifliyindən keçir. Güclü rubl iqtisadi üstünlükləri heçə endirir. Bu isə öz növbəsində büdcə kəsiri üzərində nəzarət prosesini xeyli dərəcədə mürəkkəbləşdirir”.

“Bloomberg” tərəfindən rəyi soruşulan analitiklərin proqnozlaşdırdıqları büdcə kəsirinin Ümumi Daxili Məhsula nisbətindəki həddi 2,5% dən 2,6% dək yüksəldilib. Səbəb isə rublun mövqeyinin möhkəmlənməsi ilə bağlıdır. Rusiya Mərkəzi Bankının rəhbərliyinin keçmiş məsləhətçisi və “Renessas Kapital”-ın aparıcı iqtisadçısı Olqa Kuzminanın fikrinə görə, rublun dollar qarşısında cəmi 1 rubl yüksəlməsi nəticəsində dövlət gəlirləri 80 milyard rubl azalır.

Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol