Menu

ABŞ-dan “erməni soyqırımı” AÇIQLAMASI

15.04.2015, 10:12
ABŞ-dan “erməni soyqırımı” AÇIQLAMASI

Roma Papası Fransiskin qondarma erməni soyqırımı ilə bağlı verdiyi açıqlamadan sonra ABŞ-da bu mövzuda mövqeyini ortaya qoyub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf jurnalistlərin uydurma erməni soyqırımı ilə bağlı sualını cavablandırıb.

“ABŞ prezidenti Barak Obama və bizim yüksək vəzifəli şəxslər Osmanlı imperiyasının son vaxtlarında 1.5 milyon erməninin öldürüldüyünü və ya ölümə təhrik edildiyini dəfələrlə bildirib.

Həqiqətlərin qəbulunun Türkiyə, Ermənistan və Amerika daxil hər kəsin maraqlarına uyğun olduqlarını söyləyiblər”,-deyə Marie Harf qeyd edib.

Marie Harf bununla belə “erməni soyqırımı” ifadəsini işlətməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol