İş adamı Əli Ağaoğlu və daha 3 nəfərin sərbəst buraxıldı
Prokurorluğa aparılanlarla bağlı Türkiyə medaisında yayılan son xəbər bundan ibarətdir:
İş adamı Rza Zərrab, daxili işlər nazirinin oğlu Barış Gülər və iqtisadiyyat nazirinin oğlu Salih Kaan Çağlayan da daxil olmaqla 14 nəfərin işi həbs qətimkan tədbirinin seçilməsi təqdimatı ilə məhkəməyə göndərilib. 7 nəfər isə sərbəst buraxılıb.
İstintaq qrupu iş adamı Əli Ağaoğlu və daha 3 nəfərin sərbəst buraxılmasına qərar verib. Ağaoğlu haqqında qərara əsasən o, məhkəmə nəzarəti altına alınır.

Haberturk.com-a xəbər verir ki, gün boyu davam edən prokurorluq sorğusunun sonunda ilk həbs tələbi Daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülər, İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Saleh Kaan Çağlayan, “Halkbank” Baş direktoru Süleyman Aslan və iş adamları Rza Zərrabın da aralarında olduğu 14 şübhəli üçün istənildi.
Axşam saatlarında ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayrakdarın oğlu Abdullah Oğuz Bayraktar ilə Fatih Bələdiyyə başqanı Mustafa Dəmirin də aralarında olduğu 36 şübhəli həbs tələbiylə məhkəmə sövq edildi. Beləcə məhkəməyə sövq edilənlərin sayı 50-yə yüksəlmiş oldu.
Qaçaqçılıq, kirli sərmayə yuma və rüşvət günahlandırmasından prokuror Cəlal Kara tərəfindən sorğulanan şübhəlilər, həbs tələbiylə növbətçi 25-ci Sülh Cəza Məhkəməsinə sövq edildi. Prokurorluq sorğularının ardından 7 şübhəli sərbəst buraxdı.

İstanbul Cümhuriyyət baş prokuror vəkili Zəkəriyyə Özün koordinatorluğunda Cəlal Kara və Mehmet Üzgəci tərəfindən icra edilən istintaqa əməliyyatın ardından Əkrəm AYDINER və Mustafa Erol da vəzifələndirilmişdi. Sorğuya qatılan 4 prokuror da şübhəlilərin tutuqlanmalarını istəyərək, növbətçi məhkəməyə sövq etdi.


Şərhlər