Menu

Ərazi kənd təsərrüfatı idarələri ləğv olundu

15.04.2015, 19:44
Ərazi kənd təsərrüfatı idarələri ləğv olundu

Baş nazir "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının ləğv edilməsi barədə qərar verib. Lent.az-ın məlumatına görə, qərar "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" prezidentin fərmanına əsasən verilib.

Kənd Təsərrüfatı Nazirliyi müvafiq dövlət orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll edəcək. Bu qərar 2015-ci ilin 1 iyun tarixindən qüvvəyə minir. Bununla da iyunun 1-dən etibarən ərazi kənd təsərrüfatı idarələri ləğv olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol