Menu

Ölkəmizlə bağlı proqnoz dəyişdi

15.04.2015, 20:20
Ölkəmizlə bağlı proqnoz dəyişdi

Beynəlxalq Valyuta Fondu: Bu il ölkədə 7,9 faiz inflyasiya olacaq

Bu il Azərbaycanda 7,9 faiz inflyasiya olacaq. Anspress-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) "World Economic Outlook" hesabatında deyilir.

Yenilənmiş hesabatda bildirilir ki, 2016-cı ildə isə 6,2 faiz səviyyəsində proqnozlaşdırır.

Qeyd edək ki, BVF-nin bu ilin yanvarında hazırlanmış əvvəlki hesabatına əsasən, Azərbaycanda 2015 və 2016-cı illərdə inflyasiya müvafiq olaraq 2 və 3 faiz təşkil etməlidir.

Qeyd edək ki, Asiya İnkişaf Bankı bu il Azərbaycanda inflyasiyanı 6, 2016-cı ildə isə 5,5 faiz səviyyəsində proqnozlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol