Menu

“Rusiya Yalta yaxınlığında nüvə silahları yerləşdirir” - Mustafa Cəmiloğlu

16.04.2015, 00:59
“Rusiya Yalta yaxınlığında nüvə silahları yerləşdirir” - Mustafa Cəmiloğlu

Rusiya Krımda, Yalta yaxınlığında nüvə döyüş sursatları anbarının bərpası üçün gecə-gündüz işlər aparır. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə Krım tatarlarının lideri, Ukrayna prezidentinin Krım-tatar məsələləri üzrə səlahiyyətli nümayəndəsi, hazırda Parisdə səfərdə olan Mustafa Cəmiloğlu bildirib.

“Krımda güclü hərbi baza yaradılır. Bizdə olan məlumatlara görə, yarımadada, Yalta yaxınlığındakı Kızıltaş məntəqəsində nüvə döyüş sursatları anbarının bərpası üçün gecə-gündüz iş aparılır. Bununla da Ukrayna ərazisinin bir hissəsi özünə nüvə dövləti statusunu qaytarmaqdadır” – deyib Cəmiloğlu.

Krım tatarlarım liderinin sözlərinə görə, işğalçı Rusiya hakimiyyəti yarımadada hərbi sferanı sürətlə inkişaf etdirməkdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol