Menu

Ərdoğanın oğlu məhkəməni uduzdu

15.04.2015, 21:49
Ərdoğanın oğlu məhkəməni uduzdu

Məhkəmə jurnalistin hərəkətlərində cinayət tərkibi tapmayıb.

İstanbul məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın Cumhuriyet qəzetinin jurnalisti Canan Coşquna qarşı böhtan haqqında iş üzrə iddiasını rədd edib. Oxu.az xəbər verir ki, 2014-cü ilin sentyabrında C.Coşqun Bilal Ərdoğanı rüşvət almaqda ittiham etmişdi.

Coşqunun məqaləsinə əsasən, Türkiyədə direktorlar şurası üzvünün Bilal Ərdoğan olduğu təhsilə yardım fondu bələdiyyəyə qanunsuz təsir göstərərək, İstanbulun mərkəzində tarixi bina alıb. Türkiyə prezidentinin oğlu bunu böhtan sayaraq, Coşquna qarşı məhkəmə iddiası qaldırıb

Məhkəmə jurnalistin hərəkətlərində cinayət tərkibi tapmadığı üçün kiçik Ərdoğanın iddiasını rədd edib, Hurriyet qəzeti xəbər verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol