Menu

Bakıda "İslam maarifçiliyi və müasir dövr" adlı beynəlxalq konfrans keçirilir

16.04.2015, 11:35

azerbaijani-model-of-tolerance-1-638Azərbaycan paytaxtında “İslam maarifçiliyi və müasir dövr” adlı beynəlxalq konfrans

başlayıb. APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda Türkiyə, İran, Küveyt, Səudiyyə Ərəbistanı Krallığı, Mərakeş, Finlandiya, Almaniya, Avstriya, İsveç, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan gəlmiş hökumət üzvləri, tanınmış elm və din xadimləri, Azərbaycandakı xristian və yəhudi icmalarının nümayəndələri iştirak edirlər.

Konfransda "Qloballaşan dünyada İslam maarifçiliyinin əhəmiyyəti", multikulturalizm, dinlərarası dialoq və digər məsələlər müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol