Menu

Abdullah Gül işğal altındakı torpaqlarından danışdı

16.04.2015, 12:55
Abdullah Gül işğal altındakı torpaqlarından danışdı

“Təəssüf ki, Azərbaycan torpaqlarının bir hissəsi hələ də işğal altındadır”. APA-nın məlumatına görə, bunu Türkiyənin sabiq prezidenti Abdulla Gül “Financial Times” Türkiyə Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, qonşu ölkələrdə baş verənlər Türkiyəni ilgiləndirir: “Qafqaz regionunda xroniki problemlər hələ davam edir. Azərbaycanla Ermənistan arasında guya atəşkəs rejimi var, amma zaman-zaman ölüm halları baş verir. Türkiyə-Ermənistan münasibətləri də hər kəsə məlumdur. Bütün bunlar Avropa ilə Asiya arasında bir qapı ola biləcək Qafqazı divara çevirib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol