Türkiyə Böyük Millət Məclisində 2014-cü ilin büdcə müzakirələri və səsvermədən sonra ölkənin Avropa Birliyi naziri Eğemen Bağış kürsüyə çıxaraq haqqında danışılanlar barədə açıqlama verib.
Baş Məclisdə çıxış edən Egemen Bağış bildirib ki, ona edilən hücumlar və yerlərdən atılan atmacalar mənasızdır: "Səbr etdim. Yunus İmrənin dediyi kimi, "Ədəbim yol verməz ədəbsizlik edənə, susmaq ən gözəl cavabdır ədəbi əldən gedənə", - dedim. Amma adımın sanki stadionda futbolçunun adının səsləndirilməsi kimi təkrarlanmasına dözə bilmədim və bura çıxdım. Hər kəs əmin olsun, alnımız açıq, başımız dikdir. Nə müxalifət, nə iqtidar millət vəkillərinin heç birinin başına gəlməsini arzu etmirəm. Amma hazırda şəxsiyyətə qarşı edilən hücumla üzbəüzük. Bir qruplaşmanın Türkiyədə sui-qəsdi ilə Məclisi, hökuməti, siyasi qurumları ləkələmə işi ilə qarşı-qarşıyayıq. Mən bu kürsüyə çıxıb millətin qarşısına çıxmaqdan qürur duyuram. Başqaları kimi xarici səfirliklərin rezidensiyalarında səfirlərin hüzuruna çıxmam.
Qeyd edək ki, Egemen Bağış Türkiyədə son günlər baş verən rüşvət skandalında adı hallandırılanlardandır.


Şərhlər