Menu

Rusiya müdafiə nazirinin müavini Azərbaycanla silah alverindən danışdı

16.04.2015, 19:34
Rusiya müdafiə nazirinin müavini Azərbaycanla silah alverindən danışdı

“Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə mövcud olan əməkdaşlığı müsbət qiymətləndirirəm”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federasiyası müdafiə nazirinin müavini Anatoli Antonov deyib.

O, bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: “Biz qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıyıq. Rusiya hərbi-texniki sahədə əməkdaşlıq yolunda heç bir problem görmür”.

Bu gün keçirilən IV Moskva Beynəlxalq Təhlükəsizlik Konfransından danışan nazir müavini Azərbaycanın bu konfransda iştirakını yüksək qiymətləndirib: “Konfransa 80-ə yaxın ölkədən nümayəndə heyətləri qatılıb. O cümlədən, NATO ölkələrindən. Konfrans iştirakçıları “İslam Dövləti” terrorçu qruplaşmasının yaratdığı təhlükələr, eləcə də Avropada təhlükəsizlik mexanizmlərini müzakirə ediblər. Azərbaycan da artıq dördüncü dəfədir keçirilən beynəlxalq təhlükəsizlik konfransında iştirak edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol