Menu

AVRONUN BAHALAŞMASI DAVAM EDİR - Rəsmi məzənnə

17.04.2015, 09:58
AVRONUN BAHALAŞMASI DAVAM EDİR - Rəsmi məzənnə

merkezi bank azpolitikaBu gün aprelin 16-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bir qədər zəifləyib.

Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 17-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0003 manat və ya 0,03% ucuzlaşaraq 1,0504 manat səviyyəsində qərarlaşıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0064 manat və ya 0,57% bahalaşaraq 1,1308 manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol