Menu

"Rüşvət əməliyyatı"nda tutulan bələdiyyə sədri də həbsdən azad edildi

21.12.2013, 16:03
"Rüşvət əməliyyatı"nda tutulan bələdiyyə sədri də həbsdən azad edildi

Rza Zərrab və iki nazir oğlu Metris həbsxanasına gətrilib

Türkiyədə korrupsiya qalmaqalında adı hallanan Fatih bələdiyyəsinin sədri Mustafa Dəmir həbsdən azad edilib. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir. Bu gün Türkiyədə məhkəmənin qərarı ilə daxili işlər nazirinin oğlu Barış Gülər və iş adamı Rza Zərrab barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə həbs olunanlar arasında iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan da var. Xatırladaq ki, İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər saxlanımışdı.

Türkiyədə “17 dekabr” əməliyyatında saxlanılan və barələrində həbs qərarı çıxarılan nazir övladları və digərləri artıq həbsxanadadırlar. Musavat.com-un “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan və müğənni Ebru Gündeşin əri Rza Zərrab da daxil olmaqla bir qrup şübhəli Metris həbsxanasına aparılıb.

Rüşvət əməliyyatında saxlanılan 16 nəfər isə Paşakapısı həbsxanasına göndərilib. Onların arasında 3 məsur, o cümlədən, iqtisadiyyat naziri Zəfər Çağlayanın dəftərxana müdiri Onur Kaya da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol