AzPolitika.info Rusiya KİV-nə istinadən xəbər verir ki, bir qrup Amerika desantı Ukraynaya gəlib. Bunu ABŞ-ın Ukraynadakı səfiri Ceferi Payett deyib. Səfir özünün Twitter səhifəsində bu barədə yazıb: «173-cü briqadanın desantçıları ukraynalı həbçilərə təlim keçmək məqsədilə bu ölkəyə gəliblər...»
Təlimlərin Lvov vilayətindəki Yavorivski poliqonunda keçəcəyi bildirilir. ABŞ tərəfindən təlimlərodə 290 desantçı, Ukrayna tərəfdən isə 900 döyüşçü iştirak edəcək. Bunlar 3 dəstəyə bölünəcək. Hər dəstə 8 həftə öyrədiləcək, sonra isə birgə təlimlər başlayacaq.
Bu format daxilində Ukrayna milli qvardiyasının ölkənin müxtəlif bölgələrində dislokasiya olunmuş «Azov» alayı, Kulçitski taboru, «Yaquar», «Omeqa» və digər birləşmələri öyrədiləcək.
Bundan əvvəl xəbər verilmişdi ki, Ukraynaya Kanada 200, Britaniya 75, ABŞ isə 800 təlimatçı göndərəcək.
AzPolitika.info




Şərhlər