Menu

ABŞ NATO-nu gücləndirir

17.04.2015, 13:41
ABŞ NATO-nu gücləndirir

Bu məqsədlə alyansa 150 milyon dollar ayrılır

ABŞ Konqresinin Nümayəndələr Palatasının maliyyələşdirmə üzrə komitəsi 2016-cü ildə NATO-ya 150 milyon dollar vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb, baxılmaq üçün Konqresə təqdim edib. Bu barədə sözügedən komitədən jurnalistlərə xəbər verildiyi bildirilir:

«Qanun layihəsi 150 milyon dollar vəsaitin ayrılmasını nəzərdə tutur ki, bu da prezidentin (Barak Obamanın - red.) nəzərdə tutduğundan 30 milyon dollar, 2015-ci ildə ayrılmış vəsaitdən isə 49,7 milyon dollar çoxdur...»

Açıqlamada bildirilir ki, vəsait «hərbi vəziyyətlərdə, böhranlı situasiyalarda» vacib olan infrastrukturun yaradılmasına və sülhün təminatı məqsədilə istifadə olunan hərbi hissələrin hazırlığı məqsədlərinə yönəldiləcək.

Layihə müəllifləri qeyd edirlər ki, burada konkret olaraq, Rusiya tərəfdən gələn «siqnal»lar, Yaxın Şərq və Şimali Afrikadan olan təhlükələr nəzərdə tutulur.

Bundan əvvəl xəbər verilmişdi ki, NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Şərqi Ukraynada situasiyanı gərginləşdirmək cəhdlərindən danışmışdı (BBC).

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol