Menu

Türkiyədən Ermənistana Qarabağ şərti

17.04.2015, 16:25

thumb_davutoglu_597Ermənistan Dağlıq Qarabağ mövzusunda addım atsa, onunla qonşuluq əlaqələrimizi inkişaf etdirərik. SalamNews-un TRT-yə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib: "Avropa Parlamenti 1915-ci il hadisələri ilə bağlı qərar qəbul etmək yerinə, Dağlıq Qarabağ probleminin həlli üzərində çalışmalıdır.

Məsələ artıq Türkiyə-Ermənistan məsələsi olmaqdan çıxıb, bu, artıq irqçiliyin yeni bir təzahürüdür.

Millətimizi tarix məhkəməsi qarşısına çıxarıb mühakimə etməyə cəhd edən kim olur-olsun, ona qarşı açıq və dəqiq mövqe nümayiş etdiririk.

Barışmağa, ağrıları paylaşmağa hazırıq, amma boyun əymərik!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol