Menu

Lukaşenko Avrasiya ittifaqına çağırır

17.04.2015, 17:39
Lukaşenko Avrasiya ittifaqına çağırır

«Avropa İttifaqı əməkdaşlıq istiqamətlərini müəyyən etməlidir»

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, əgər Avropada kim hesab edirsə ki, Avrasiya İqtisadi İttifaqını (AAİİ) görməzliyə vurmaq olar, bu, yanlışdır. Prezident qeyd edib ki, Avropa İttifaqı AAİİ ilə əməkdaşlığın bir neçə prioritet istiqamətini müəyən etməlidir.

Rusiya KİV-nin məlumatına görə, Belarus prezidenti bu fikri cümə günü (17 aprel 2015) Minskdə Avropa qonşuluq və genişlənmə siyasəti üzrə Avropa komissarı Yohanes Xan ilə görüşü zamanı səsləndirib.

Lukaşeno diqqəti buna yönəldib ki, bu gün sözügedən birliyə dövlətlərin marağı, xüsusilə də Asiya ölkələrinin marağı artmaqdadır. O, qeyd edib ki, AAİİ-nın əsas inkişaf tendensiyaları barədə Avroittifaqın məlumatlı olması vacib məsələdir: «Sayəsində, bu birlik tərəfindən təklif olunan və Lissabondan Vladivostoka qədər əraziləri əhatə edən təşəbbüslərdə Avropa İttifaqının əməkdaşlığı mümkün olardı...»

Belarus lideri eyni zamanda, NATO və Kollektiv Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında hərbi-siyasi əməkdaşlığın mümkünlüyü barədə də mesaj verib.

Xatırladırıq ki, Rusiya, Belarus və Qazaxıstan 2014-cü ilin mayında Avrasiya İqtisadi İttifaqının yaradılması barədə Astana şəhərində müqavilə imzalayıb. Müqavilə 01 yanvar 2015-ci ildə qüvvəyə minib. Həmin il yanvarın 2-də Ermənistan bu birliyə qoşulub, may ayında isə Qırğızıstanın üzv olacağı gözlənilir. (RİA Novosti)

AzPolitika.info

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol