İş adamı xərçəngdi: “Təcili kimya terapiya almalıyam”
Bu gün axşam saatlarında, Türkiyədə rüşvət əməliyyatı zamanı saxlanılan “Halkbank”ın baş direktoru Süleyman Arslanın və iş adamı Rza Zərrabın istintaqa verdiyi ifadələrin bir hissəsi haqqında mediaya informasiya ötürülüb. Türkiyə mediası yazır ki, evindəki ayaqqabı qutularından çıxan 4,5 milyon dollarla bağlı müstəntiqin suallarına cavab verən Süleyman Arslan pulun ianə olduğunu deyib. Onun sözlərinə görə, ianə bir sıra şəxslərdən Makedoniyada Balkan Universiteti və Osmancıkda İmam Hatip Litseyinin tikintisi üçün toplanıb. Arslanın vəkili də bildirib ki, toplanan vəsaitlə bağlı bütün sənədlər istintaqa təqdim edilib.
Rza Zərrab ifadəsində isə hər gün 1 ton qızıl satdığını deyib. O, bildirib ki, bunun üçün dostlarının rəsmilərlə münasibətlərindən istifadə edib. Ancaq Rza Zərrab bu məsələdə hansısa qanunsuz məqamlar olması iddialarını rədd edir. Onun sözlərinə görə, əldə edilən pullar banklar vasitəsilə heç bir qaranlıq əməliyyat olmadan ölkəyə gətirilib və çıxarılıb.
R.Zərrab ifadəsində bir sıra polis rəhbərlərinin və qəzetçilərin ondan rüşvət istədiyini də dilə gətirib. Onun sözlərinə görə, bəzən əməliyyatlar zamanı sənədlər qaydasında olsa da gecikmələr olub. R.Zərrab iddia edib ki, bu zaman polis qəzetçilərə xəbər sızdırır və o saxta dövriyyə ilə məşğul olması xəbərləri ilə təhdid edilirmiş. Zərrab “biz saxtakarlıq etmədik” deyərək ona qarşı yönələn ittihamları rədd edib.
İfadəni kiçik ixtisarla dərc edirik:
"Bir ildə 20 milyard TL-lik qızıl ixrac etdim"
"Aşağı-yuxarı belə bir rəqəmdir. Mən qızıl işi məşğulolan biriyəm. Müştərimiz mənə zəng etdi və Qanadan 1.5 ton qızılı Türkiyəyə göndərə biləcəyini dedi. Mən əvvəl buna razılıq vermədim. Ancaq güvəndiyim bir müştərim olduğu üçün təklifi qəbuletdim. Bu gün vəkillərdən biri Duru Döviz adlı iş yerinin mənə aid olduğunu bildirdi. Ancaq oranın mülkiyyəti mənə aiddir. Sözügedən şirkət orada kirəçidir. Məndə müştərimi Duru Dövizə yönləndirdim. Çünki Duru Dövizün idxal səlahiyyəti var. Müştərimin adı B.Z.-dir. Zatən mən hər gün 1 ton qızıl ixrac edirdim".
"Hansı qaçaqmalçılıqdan söhbət gedə bilər?"
"ULS Hava Yolları ilə bu qızıllar Türkiyəyə gəldi. Sənədlərdə çatışmamazlıqıar olduğu mənə bildirilincə yanımda çalışan Rüçhan Beylə danışdım. O, Çindəki işlərimlə məşğuldur. O aralarda Türkiyəyə gəlmişdi. Ondan bu məsələ ilə maraqlanmasını istədim. O da bunu araşdırdı və konşimento, manifesto və airwaybe adlı sənədlərin çatışmadığını dedi. Başqa təfərrüatları bilmirəm. Bir müddət sonra mənimlə əlaqə saxladılar. Sənədlər Qanadan gəlməyib. ULS Daşıma şirkəti bu sənədləri getirməyib. Gələn sənədlərdə də əyyarədəki əşyanın qiymətli maddə yerinə dəyərsiz maddə olaraq yazıldığını öyrəndikdə Duru Döviz-dən bu malın ona aid olmadığına və hər hansı bir haqq tələb etməyəcəyinə dair bilgi istədik. Şirkətin sahibi də bunu təmin etdi. Qızıl ixracı və idxalında hər hansı bir ƏDV və vergi yoxdur. Bu halda hansı qaçaqmalçılıqdan söhbət gedə bilər".
Rza Zərrabın sözlərinə görə, 2013-cü ilin iyuluna qədər qızıl ticarəti sərbəst olub: "Ancaq Amerikanın embarqosu səbəbindən iyuldan bu ticarəti Halkbank vasitəsilə etməli olduq. O zamandan qızıl ticarətini qida ticarəti yolu ilə həyata keçirdik".
Rza Zərrab bütün işləri qanuna uyğun şəkildə gördüklərini də vurğulayıb: "Hər hansı saxtakarlığa getmədik. Alıcı və malı göndərənlər bəllidir. Qeydiyyat da bəllidir. 1986-cı ildən Türkiyədəydim. Türkiyə vətəndaşlığına 2006 və ya 2007-ci ildə qəbul edildim. Kürəkənim və bacım da Türkiyə vətəndaşıdır. Eniştem ve ablam da Türk vatandaşıdır. Yalnız böyük qardaşım Türkiyə vətəndaşlığına keçməmişdi. Bunun prosedurunu nazir Muammer bəydən soruşdum. O da izah etdi. Qardaşın normal prosedürla Türkiyə vətəndaşlığına keçdi. Bunun qarşılığında heç bir mənfəət söhbət mövzusu deyil".
"Polis rəisinin müavini və "Yeni Şafak" qəzeti rüşvət istədi"
Rza Zərrabın sözlərinə görə, onu təhdid ediblər: "Mən polis rəisinin müavinindən təhdid aldım. Həmin şəxs O.İ.-dir. Məndən 1 milyon dollar tələb etdi. Gayrettəpəyə getdim. Şikayətçi oldum. Təəssüf ki, nəticəsi olmadı. Hələ də bu iş açıq qalıb. Özümə qarşı ittihamları qəbul etmirəm. Həmin polis rəisi müavininin isə hələ də vəzifədən uzaqlaşdırılmamasını heyrətlə izləyirəm".
Rza Zərrab ifadəsində "Yeni Şafak" qəzetinə də qarşı ağır ittiham irəli sürüb: "Bir gün "Yeni Şafak" qəzetindən məni aradılar. İrana 87 milyard avro ixrac etdiyim və "çirkli pul" aldığımı bildirdilər. Bu mövzuda açıqlama verməyəcəyimi dedim. Vəkillərimə müraciət etmələrini məsləhət gördüm. Vəkilim H.K. mənə bir xəbərin mətnini gətirdi və onun "Yeni Şafak" qəzetinin iqtisadiyyat yazarına məxsus olduğunu bildirdi. Soyadı K.-dır. Əğər 1 milyon dollar verməsəm həmin mətni yayacaqlarını bildirdilər. Əlimdə bununla bağlı audioyazı da var. Məhkəməyə təqdim edə bilərəm.Telefon danışıqları da, müsadirə olunan telefonumda bu barədə video da var. Çox maraqlıdır ki, mənə aid tələblərdə bu xəbərin arxasında O.İ.-nun olduğu ortadadır.
"Yeni Şafak"la bağlı audioyazını daxili işlər naziri Muammer Gülerə dinlətdim. Onun tədbir görməsini xahiş etdim. Nəticəsindən xəbərsizəm".
Rza Zərrab nazir Muammer Gülərə və oğlu Barış Gülerə, həmçinin nazir Zəfər Çağlayana rüşvət vermədiyini də bildirib.
Rza Zərrab ifadəsində təcili olaraq müalicə almalı olduğunu söyləyib:“Təcili olaraq kimya terapiya qəbul etməliyəm. Mənim böyrəyimin üstündə şiş var. Xərçəng diaqnozu qoyulub. Xəstəxanada müayinə zamanı bu 4 günlük müddət ərzində şişin 1 sm böyüdüyü aydın oldu. Mən buna təcili olaraq müdaxilə etdirib kimya terapiyaya başlamalıyam. Bu xəstəliklə əlaqəli də bütün sənədlərim var. Xəstaxanada da bu diaqnoz dəqiqləşdirildi”.
Vaqif
Azpolitika.info


Şərhlər