Menu

“Papa və AP Türkiyə ilə belə danışa bilməz”

18.04.2015, 17:48
“Papa və AP Türkiyə ilə belə danışa bilməz”

“Heç kim Türkiyə ilə təkəbbürlə danışa bilməz”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Baş naziri Əhməd Davudoğlu çıxış edib. O, heç bir güc qarşısında əyilməyəcəklərini bildirib:

“İstər Papa, istərsə də Avropa Parlamenti olsun, heç kim bizimlə yuxarıdan aşağı danışa bilməz. Heç kim Türkiyə ilə təkəbbürlə danışa bilməz. Biz buna icazə vermərik. Bizimlə danışmaq istəyən göz məsafəsində danışacaq. Türkiyə ilə bu məsafəni qoruyacaq hər kəslə danışmağa hazırıq. Amma azacıq da olsa, göz məsafəsinin üstünə çıxanlarla heç bir şey danışmarıq və heç bir gücün qarşısında da əyilmərik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol