Menu

Almaniyadan Rusiyaya xəbərdarlıq

20.04.2015, 16:03
Almaniyadan Rusiyaya xəbərdarlıq

Almaniya XİN başçısı: "Bu addım sülh prosesini çətinləşdirəcək"

Almaniyanın xarici siyasət idarəsinin rəhbəri Frank-Valter Ştaynmayer Ukraynadan ilhaq edilmiş ərazilərin, o cümlədən separatçı respublikaların Rusiya tərəfindən tanınmasının ciddi problemlərə yol açacağını söyləyib. Anspress-in məlumatına görə, o, ölkə televiziyasına müsahibəsində bildirib ki, rəsmi Moskvanın qondarma Luqansk və Donetsk Xalq respublikalarını ( LXR, DXR) tanıması sülh prosesini çətinləşdirəcək.

Frank-Valter Ştaynmayer Rusiyanı Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün "Vesti v subbotu" proqramına müsahibəsində qondarma Donetsk və Luqansk Xalq respublikalarının tanınması imkanları barədə suala belə cavab verib: "Bu, məqsədəuyğun sayılmaya bilər. Amma biz daha çox həyatda baş verən reallıqlara baxacağıq."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol