Menu

ABŞ Ukraynaya 18 milyon dollarlıq yardım göndərəcək

21.04.2015, 11:11
ABŞ Ukraynaya 18 milyon dollarlıq yardım göndərəcək

Birləşmiş Ştatlar Ukraynaya 18 milyon dollara yaxın yardım göndərəcək.Ağ Ev bildirib ki, vitse- prezident Joe Biden aprelin 20-də Ukrayna prezidenti Petro Poroshenko ilə telefon söhbətində bu barədə danışıb.

Məlumata görə, 17.7 milyon dollar münaqişədən ziyan çəkmiş bölgələrdə sığınacaq, ərzaq vauçerləri, su, səhiyyə, sanitariyaya xərclənəcək.

Biden ATƏT-in daimi atəşkəsə yönəlik cəhdlərini alqışlayıb. O, Rusiyanı əvvəlki sazişlərə əməl etməyə, Rusiya-Ukrayna sərhədi boyunca əsgərlərin yerdəyişməsini dayandırmağa çağırıb.

Bu arada ABŞ və Ukrayna hərbçilərinin birgə təlimləri başlanıb ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol