Menu

“AMAY Abdulla evlərimizi versin...”- Məhkəmədən

21.04.2015, 12:33
“AMAY Abdulla evlərimizi versin...”- Məhkəmədən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmədə iki nəfər zərərçəkmiş şəxs qismində dindirildi.Zərərçəkən şəxs qismində məhkəmədə ifadə verən Səmayə Məmmədova 12 il əvvəl “Xudafərin” MMC-dən ev aldığını, amma mənzilinin bu günə kimi də tam hazır olmadığını dedi.

Vəkillərlə sual-cavab zamanı o da bəlli oldu ki, S.Məmmədova zərərçəkmiş şəxs qismində tanınsa da istintaq zamanı heç bir ifadə verməyib. Həmin ərəfədə həyat yoldaşı rəhmətə getdiyindən prokurorluqda özü deyil, oğlu Murad Fərəcov ifadə verib. Amma o, istintaq tərəfindən zərərçəkənlər siyahısına daxil edilib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Mehman Qədimovun dindirilməsi zamanı da müəyyən edildi ki, istintaq zamanı M.Qədimovu dindirsələr də zərərçəkmiş şəxs kimi həyat yoldaşı Ülviyyə Qədimova tanınıb.

Vəkil Osman Kazımov bunu ciddi hüquq pozuntusu kimi qiymətləndirdi. Onu da qeyd edək ki, hər iki şəxs A.Abdullayevdən mənzillərinin təhvil verilməsini tələb edir.

Bununla da məhkəmə prosesi aprelin 23-nə kimi təxirə salındı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol