Menu

Ermənilərin öldürdüyü azərbaycanlı futbolçu dəfn edildi - Video

21.04.2015, 19:54
Ermənilərin öldürdüyü azərbaycanlı futbolçu dəfn edildi - Video

Emil Hüsenov bu gün Qazax rayonunun Fərəhli kəndində torpağa tapşırılıb

Rusiyanın Yekaterinburq şəhərində ermənilərdən ibarət 6 nəfərlik dəstə tərəfindən qətlə yetirilən 27 yaşlı azərbaycanlı Emil Hüseynovun meyiti Azərbaycana gətirilib.

ANS TV-nin məlumatına görə, Emil Hüsenov bu gün Qazax rayonunun Fərəhli kəndində dəfn olunub.

Mərhum Emil Hüseynov aprelin 19-da səhər saatlarında Yekaterinburqda yerləşən “Azərbaycan mətbəxi” restoranının qarşısında qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, Emili bıçaqlayan milliyyətcə erməni Tiqran və Andranik Çiçakyan qardaşlarıdır.

Yerli istintaq komitəsi hadisəni milliləşdirməməyə çağırış etsə də, ermənilərin bu hadisəni qəsdən törətdiyi, əvvəlcədən planlaşdırdığı məlum olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol