Menu

PUTİNİN GƏNÇLİK İLLƏRİ - VİDEO, FOTOLAR

21.04.2015, 17:06
PUTİNİN GƏNÇLİK İLLƏRİ - VİDEO, FOTOLAR

"Time" jurnalı Putinin məktəb vaxtları və ailə şəkillərini yayımlayıb

Amerika jurnalı "Time" Rusiya prezidenti Vladimir Putinin gənclik şəkillərini yayımlayıb. Anspress-in məlumatına görə, jurnal xüsusilə 1960-1990-cı illərdə prezidentin çəkdirdiyi məktəb vaxtları və ailə şəkillərini paylaşıb. "Time" həmin şəkilləri aid olduğu dövrə aid məlumatlarla birlikdə yayımlayıb. Bununla belə, jurnalda o da qeyd edilib ki, Putinin gənclik illərinə aid məlumatlar çox çətinliklə tapılır.

Qeyd edək ki, 2015-ci ildə "Time" jurnalının oxucuları arasında planetin ən nüfuzlu adamı mövzusunda sorğu keçirilib. Nəticələrə görə Vladimir Putin birinci yerə çıxıb. Dövlət başçısı isə qeyd edib ki, oxcular planetin ən nüfuzlu adamı kimi ona səs verməklə Rusiyaya olan hörmətlərini bildiriblər. Bundan başqa, "Time" jurnalının redaksiyası da onu dünyanın ən nüfuzlu adamları siyahısına daxil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol