Menu

Natiq Əliyev ölkənin sabitliyi və inkişafı üçün əsas olan amili açıqladı

21.04.2015, 20:00

Natiq-Eliyev“Enerji hər bir ölkənin sabitliyi və inkişafı üçün əsas amildir. İqtisadiyyatımızı inkişaf etdirmək üçün ölkənin enerji təchizatını təmin etməliyik”. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən Şərqi Asiya üzrə Ümumdünya İqtisadi Forumunda çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Ümumdünya İqtisadi Forumunda 40 ölkədən 700-dək nümayəndə iştirak edir. Dünyanın ən böyük şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi forumda enerji təhlükəsizliyi, kənd təsərrüfatı, qida bazarı, ticarət və yüksək texnologiyalar mövzusunda müzakirələr aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol