Menu

Azercell abunəçilərini itirir

21.04.2015, 20:14
Azercell abunəçilərini itirir

2015-ci ilin birinci rübündə Azercell Telekom MMC-nin abunəçilərinin sayı 23 min və ya 6,1% azalıb. “Marja” Azercell-in əsas təsisçisi olan TeliaSonera-ya istinadən xəbər verir ki, 2015-ci ilin Mart ayının sonunda Azercell-in abunəçilərinin sayı 4 milyon 196 min olub.

Ötən ilin sonunda Azercell-in abunəçilərinin sayı 4 milyon 219 min, Mart ayının sonunda isə 3 milyon 955 min idi.

Məlumata görə, 2015-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə TeliaSonera-nın Azərbaycanda xalis satışları, İsveç kronunda ifadədə 14.1% artaraq 938 milyon İsveç kronu (SEK) (113 milyon manat) təşkil edib.

Birinci rübdə Azercell-in Faiz, Amortizasiya və Vergidən Öncəki mənfəəti (EBITDA) 14,2% artaraq 495 milyon İsveç kronu (59,6 milyon manat) təşkil edib. Şirkətin marjası 52.8% olub.

2014-cü ildə Azercell-in xalis satışları 3 milyard 778 milyon SEK ( hazırkı məzənnə ilə 455,2 milyon manat), EBITDA-sı isə 2 milyard 42 milyon SEK (246 milyon manat) təşkil edib. TeliaSonera-nın Azərbaycandakı satışları Azercell-in satışlarını əks etdirir.

2015-ci ilin birinci rübündə Azercell-in xalis gəlirləri yerli valyuatda 0.8 faiz azalıb. Azalma aşağı mesajlaşma gəlirləri ilə izah olunur.

Mobil operatorun data gəlirləri isə birinci rübdə 15 faizdən çox artıb.

Bu gün 1 İsveç kronu 0,1205 manata bərabərdir. İsveç kronu bu ilin fevralında 0.0932 manata qədər düşümüşdü.

Fevralda Azərbaycan manatı ABŞ dolları qarşısında 34 faiz ucuzlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol