Menu

Almaniya türkləri ayağa qalxır

21.04.2015, 20:24
Almaniya türkləri ayağa qalxır

Almaniyada yaşayan türklər Osmanlı dövlətində baş vermiş hadisələrin 100 illiyi ilə bağlı hazırlanan qətnamə layihəsinə "soyqırım" termininin daxil edilməsinə qarşı etiraz aksiyası keçirəcəklər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, etiraz aksiyaları aprelin 25-nə planlaşdırılıb.

Qeyd edək ki, Almaniyanın hakim koalisiyasının rəhbərliyi Osmanlı dövlətində baş vermiş hadisələrin 100 illiyi ilə bağlı hazırlanan qətnamə layihəsinə "soyqırım" terminini daxil etməyə razılıq verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol