Neft qiymətləri Səudiyyə Ərəbistanının Yəməndə hava hücumlarını dayandırdığı açıqlamasının ardından bu gün də ucuzlaşıb.
Brent neftinin qiyməti 61 dollardan da aşağı düşüb.
Buna baxmayaraq enerji sektorunun liderləri artan tələbə fokuslandıqlarını ifadə edərək, qiymətlərin yenidən yüksəlişə keçə biləcəyini qeyd edirlər.
Neft qiymətləri bu ay Yaxın Şərqdəki gərginlik və ABŞ-dakı neft quyularının sayının azalmasına paralel olaraq təxminən 10 dollar yüksəlib.
Əsas neft ticarəti şirkətlərinin rəsmiləri isə qiymətlərin bu il yeni minimum səviyyələri görməyəcəyini düşündüklərini ifadə edirlər.
Dünyanın ən böyük neft ticarət şirkəti “Vitol”un rəhbəri İan Teylor dünənki çıxışlarında, “Qiymətlərin ikinci rübdə bir daha gerilədiyini görə bilərik, ancaq bu ilin dib səviyyələrindən aşağı düşüləcəyini zənn etmirəm” deyib və ABŞ xaricindəki tələbatın artmasının qiymətlərin sabitləşməsinə təsir göstərdiyini ifadə edib.

Şərhlər