Menu

Rusiya Xəzərdəki hərbi gəmilərinin döyüşə hazırlığını yoxlayır

22.04.2015, 14:57
Rusiya Xəzərdəki hərbi gəmilərinin döyüşə hazırlığını yoxlayır

Rusiyanın Xəzər Donanmasının hərbi gəmiləri Cənub Hərbi dairəsində birləşmələrin döyüş hazırlığının yoxlanılması çərçivəsində dənizə çıxarılıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 10 ədəd hərbi gəmi, kater və təchizat gəmilərindən ibarət qrup Mahaçqala limanından dənizə çıxaraq təlim-döyüş tapşırıqları yerinə yetirib.

"Təlimlərdə "Dağıstan" raket gəmisi, desant katerləri və diversiya əleyhinə "P-351 Qraçonok" kateri, hidroqrafik xidmətin və köməkçi donanmanın gəmiləri hərəkətə gətirilib", - deyə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatında qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol