Menu

Lavrov Qarabağ münaqişəsinin həllinin tezləşəcəyinə ümid edir

22.04.2015, 16:22

Russian FM Lavrov attends news conference in MoscowlavrRusiya Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasının tərəfdarıdır. Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrov “Sputnik”, “Exo Moskvı” və “Qovorit Moskva” radiostansiyalarına müsahibəsində deyib.

“Bunun üçün çox şey edirik. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün. Biz xarici tərəfdaşlarla birgə işləyirik, mütəmadi olaraq Ermənistan və Azərbaycan nümayəndələri ilə görüşürük. Ümid edirəm ki, bu məsələnin həlli sürətlənəcək”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol