Bu gün Yəmənin cənub liman şəhəri Ədəndə döyüşlərin davam etdiyi bir vaxt husi üsyançıları üçüncü böyük şəhər Taizdə ordunun baş qərargahını ələ keçirib.
Səudiyyə Ərəbistanının husilərə qarşı bir aydır həyata keçirdiyi hava hücumlarının başa çatdığını bəyan etməsindən sonra bölgədə döyüşlər daha da şiddətlənib.
Səudiyyə Ərəbistanından telelviziya ilə çıxışı zamanı Yəmən prezidenti Əbd-Rəbbu Mənsur Hadi deyib ki, ölkədəki böhran yaxın zamanda başa çatacaq və onun hökuməti Yəmən xalqının ümidlərini bərpa edəcək.
Səudiyyə Ərəbistanı isə bundan sonra diqqətini BMT-nin Yəməndə dəstəklədiyi sülh danışıqlarına yönəldəcəyini bildirib. /"Amerikanın səsi"


Şərhlər