Avropa Şurası Türkiyə və Ermənistanı dialoqa çağırır
Rusiya KİV-i xəbər verir ki, bu gün İrəvanda keçirilən «Genosid cinayətlərinə qarşı»i forumda çıxış edən Avropa Şurasının baş katibi Yaqland Turborn deyib ki, Avropa Şurası türk-erməni dialoqunun bərpa olunmasının tərəfdarıdır (Ria Novosti).
Forum bu gün İrəvanda start götürüb və qondarma «ermiəni genosidi»nin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilir. Erməni mənbələri bildirirlər ki, forumda mütəlif ölkələrdən 600-ə yaxın nümayəndə iştirak edir.
Forumdakı çıxışı zamanı Yaqland deyib: «Əgər iki dövlət arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan 2009-cu il protokollarına qayıtmaq imkanı yaransa, əla olardı! Avropa Şurası bu dialoqu bütün vasitələrlə dəstəkləməyə hazırdır...».
Baş katib ümid etdiyini önə çəkib ki, 100 illik münaqişə, 1000 illik tarixi olan Türk-erməni sülh əməkdaşlığını silib itirə bilməyəcək.
AzPolitika.info


Şərhlər