Ərdoğan toy mərasimdə nikah şahidliyi edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan toy mərasiminə qatılıb. ANS PRESS-in məlumatına görə, prezident enerji və təbii ehtiyyatlar naziri Taner Yıldızın oğlu Ömər Yıldız ilə Sena Yükselin toy mərasimində iştirak edib.
Ərdoğan ATO Congresiumda baş tutan toy mərasimdə nikah şahidliyi edib.
Xoşbəxt cütlüyün digər nikah şaahidləri Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və baş nazir Əhməd Davudoğlu olub.


Şərhlər