Menu

Yəmən yenidən bombalandı

23.04.2015, 09:09
Yəmən yenidən bombalandı

Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri Yəmən cənubuna şiddətli zərbələr endirib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hava hücumu zamanı husilərin nəzarətində olan Taiz şəhəri bombalanıb.

“Hərbi təyyarələr Taiz və şəhərətrafında müxtəlif obyektləri şiddətli raket atəşinə tutub. Raketlərin hərbi hissənin silah-sursat anbarına düşməsi nəticəsində, şəhərdə güclü partlayışlar eşidilməkdədir”, Yəmən silahlı qüvvələrinin nümayəndəsi bildirib.

Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, aprelin 21-də ərəb ölkələri koalisiyası Yəməndə hərbi əməliyyatın sona çatdığını bəyan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol