Menu

ABŞ prezidentliyinə daha bir qadın namizəd - Foto

23.04.2015, 09:54
ABŞ prezidentliyinə daha bir qadın namizəd - Foto

Hewlett-Packard (HP) şirkətinin keçmiş başçısı Karli Fayorina prezident olmaq istəyir

HP şirkətinin keçmiş rəhbəri xanım Karli Fayorina 4 mayda keçiriləcək ABŞ prezidentliyi uğrunda seçkiqabağı mübarizə çərçivəsində öz seçkiqabağı kampaniyasını başladacaq. Anspress-in məlumatına görə, bu barədə The Wall Street Journal yazıb.

Qeyd olunur ki, Fayorina öz namizədliyini birinci internet vasitəsilə, daha sonra isə mətbuat konfransı zamanı irəli sürəcək.

Nəşrin yazdığı düz çıxarsa bu ABŞ prezidentliyi uğrunda mübarizədə iki qadın namizədi olacağını göstərir.

Bundan əvvəl ABŞ prezidetn seçkilərində iştrak etmək istəyini respublikaçı senator Rend Pol, senator Ted Kruz, senator Mark Rubino, Ceb Buç və xanım Hilari Klinton bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol